Taxıl sahəsindən qayıdan fermerlər qəzada öldülər
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, avtomobilin kanala aşması nəticəsində iki nəfər ölüb.
Rayon sakinləri, fermer Elşən Hacıyev və Cabir Əhmədov özlərinə məxsus taxıl sahəsindən evə qayıdarkən "Mitsubishi" markalı avtomobillə kənd ərazisindən keçən su kanalına düşüblər.