Təcili yardım avtomobili azyaşlı yaralını daşıyarkən niyə sirendən istifadə etmədi? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkədə təcili tibbi yardım avtomobilinin azyaşlı yaralı daşımasına baxmayaraq, xüsusi səs siqnallarından (siren) istifadə etmədiyinə dair görüntü yayılıb. Ambulansın sürücüsü bunu rəhbərliyin göstərişi ilə əlaqələndirib.

meqale.com xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.

Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır.

Görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər. Görüntülərdə xəstəyə, sürücüyə, avtomobil vasitəsinə dair məlumatların əks olunmaması dəqiqləşməni çətinləşdirir. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir.