Tehranda sərnişin avtobusu aşıb, ölənlər var - FOTO
İranın paytaxtı Tehranda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 45 yaşlı kişi və təxminən 35 yaşında qadın ölüb.
Məlumata görə, hadisə iyunun 23-də səhər saatlarında Tehran-Qum avtomobil yolunda baş verib. Yaralılar Tehrandakı xəstəxanaya yerləşdirilib.