"Təhsilin keyfiyyətini artırmağın yolu müəllim-şagird münasibətlərindən keçir"

Müəllim və şagird arasındakı münasibətlər təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas faktorlardan biridir. Müəllimin şagirdə yanaşma tərzi, verdiyi dəstək və yaratdığı mühit onun akademik performansını və psixoloji inkişafını müəyyənləşdirir.

meqale.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.  O bildirib ki, müəllim-şagird münasibətlərinin təhsilin keyfiyyətinə təsirini artıran bir sıra əsas məqamlar mövcuddur:

"Hörmət və etimad şagirdlərin müəllimə olan inamını artıraraq dərsə maraqlarını gücləndirir və onları təşəbbüskar edir, kommunikasiya isə açıq və şəffaf ünsiyyətin təmin edilməsi ilə şagirdlərin dərsdə fəal iştirakını və anlama səviyyəsini yüksəldir. Müəllimin şagirdə verdiyi dəstək və rəhbərlik onların sosial və akademik inkişafını gücləndirir, motivasiya isə şagirdlərin akademik göstəricilərini yüksəldərək özünəinamlarını artırır".

Ekspert qeyd edib ki, fərdi yanaşma isə hər bir şagirdin ehtiyaclarını nəzərə alaraq onların potensialını maksimal şəkildə ortaya çıxarmağa imkan yaradır.