"Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana
Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam.
                        meqale.com bildirir ki, bu sözləri oğlu əfv olunan Lətafət Ataşova Trend-ə bildirib.
Lətafət Ataşova məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:
"Prezidentimizə çox təşəkkür edirəm ki, biz analar bizə bu böyük sevinci yaşatdı.
Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu.
Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azaslığa çıxsın".