Təranə Qumral qarğış etdi
Ötən ay müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini açıqlamışdı.
meqale.com axşam.az-a istinadən bildirir ki, müğənni Nazənin isə qalmaqal yaşadığı cütlüyün reklam xatirinə yalan danışdığını iddia etmişdi. Bu gün "Həmin Zaur" verilişində qonaq olan Təranə Qumral onu yalan danışımaqda ittiham edən həmkarına belə cavab verib:
"Hər kəs ki, yalandan özünə xəstəlik adı qoyursa, buradan deyirəm və özü də bilir ki, ismarıcım kimədir. Allah özünün canına xəstəlik qismət etsin".