“Tesla” bu problemə görə 1,8 milyondan çox elektromobili geri çağırır
"Tesla" elektromobilində kapotun açıldığı aşkar edildikdə proqram təminatının işinin pozulması riski səbəbindən ABŞ-da 1,8 milyondan çox maşın geri çağıracaq. Bu barədə ABŞ-nin Milli Avtomobil Yolları və Hərəkət Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bəzi hallarda elektromobilin proqram təminatının aşkar edə bilmədiyi kilidi açılmış kapot tamamilə açıla və sürücünün görünüş sahəsini bağlaya bilər. Bu da qəza riskini artırır. Geri çağırılma 2020-2024-cü ildə istehsal edilmiş S, X və Y modellərinə şamil olunur.
"Tesla" nasazlığın aradan qaldırılması üçün proqram təminatını yeniləyib.
Ötən ay "Tesla" şüşəsilənlərlə bağlı problemlər səbəbindən ölkədə "Cybertruck" yük elektromobillərinin əksəriyyətini geri çağırıb.