Təyyar Bayramov: "Aktrisa mənə şərh yazmışdı ki, dözə bilmirsən get torpağını al"
Əməkdar artist Təyyar Bayramov adını açıqlamadığı aktrisanın ona yazdığı şərhdən danışıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, xanəndə "Rəngarəng səhər" proqramında bu haqda söz açıb. O bildirib ki, həmin aktrisaya iradını bildirib:
"Təəssüf ki, məcburi köçkün həyatı yaşayan xanımdır. Özü də yerlimdir, ağdamlıdır. Bir şərh yazmışdı ki, dözə bilmirsən get torpağını al. Sonra öyrənfim ki, qohum-əqrabalı bir xanımdır. Həmin xanımla verilişlərdən birində qarşılaşanda dedim ki, belə yanaşmanıza təəssüf edirəm. Belə yanaşmaq olmaz. Müharibə başlayanda mən Elnur Zeynalovla hərbi komisarlığa getdik ki, biz də hazırıq".