Təyyarədə HƏYƏCANLI ANLAR - Təcili Bakıya eniş etdi

Toronto-Dehli reysini yerinə yetirən "Air Canada" aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

meqale.com Trend-ə istinadən bildirir ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

"Boeing 777" yerli vaxtla saat 15:50-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin olub.

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.