Tiflisin bu hərəkətləri məni məyus edir - Bayden

ABŞ Prezidenti Co Bayden Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulu fonunda Tiflis hakimiyyətinin demokratiya prinsiplərinə zidd hərəkətlərindən məyus olduğunu bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, o, bu barədə Gürcüstan lideri Salome Zurabaşviliyə məktubunda yazıb.

"Avroatlantik istəklərini ifadə etməkdə davam edən gürcü xalqının iradəsini vurğulamaq istərdim. Gürcüstan hökumətinin antidemokratik hərəkətləri məni məyus edir, buna misal olaraq "Xarici agentlər haqqında" qanunu göstərmək olar", - Bayden qeyd edib.

ABŞ lideri sözügedən qanunu "Kreml üslubunda" qəbul edilmiş qanun adlandırıb, eyni zamanda yüksək vəzifəli Gürcüstan rəsmilərinin yalan bəyanatlarını tənqid edib.