Tikinti şirkətinin əməkdaşları qəzaya düşdü - yaralılar var

Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Tikinti şirkətinin əməkdaşları qəzaya düşdü - yaralılar var
Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Fərid Əlibala oğlu Soltanov və 1992-ci il təvəllüdlü Elvin Murad oğlu Hacıyevdir.

Yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.

Onlar Bərdə Rayon Diaqnostika Mərkəzinə göndəriliblər.