Tikintidə çalışan 50 miqrant zəhərləndi
Moskvada "RBK Service Hotel" yataqxanasında yaşayan 50 miqrant zəhərlənib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 50 qurbanın hamısı "Obruçeva 30" yaşayış kompleksinin tikintisində işləyib:
"Fevralın 13-də işçilərə "Yenidem" MMC-dən göndərilmiş toyuq şorbası verilib. İnşaatçılar yataqxanaya qayıdanda qusma və ishal keçirməyə başlayıb. Beş nəfər xəstəxanaya yerləşdirilib".