Tofiq Yaqublu həbs olundu
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqda həbs qərarı verilib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.
Məhkəmə şəxsin istintaqdan yayınma, tərəflərə təsiretmə ehtimallarını nəzərə alaraq, istintaq orqanının təqdimatını təmin edib.
Qərara əsasən, T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.