Tovuzda avtomobillər toqquşub, yaralılar var - FOTO

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Tovuzda avtomobillər toqquşub, yaralılar var - FOTO
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılar 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfovdur.