Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək

Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasından sonra ictimaiyyəti bir sıra sual maraqlandırır. Suallardan biri Sabunçu rayon Məhkəməsinin verdiyi qərarın onun müğənini kimi fəaliyyətinə mane olub-olmamasıdır.

Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək
Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasından sonra ictimaiyyəti bir sıra sual maraqlandırır. Suallardan biri Sabunçu rayon Məhkəməsinin verdiyi qərarın onun müğənini kimi fəaliyyətinə mane olub-olmamasıdır.

"Təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması mütləq şəkildə onunla zərərçəkmiş şəxs arasında müəyyən məsələlərdə razılaşma tələb olunur. Bununla bağlı sübutlar mütləq məhkəməyə təqdim olunmalıdır. Ondan əlavə, təqsirləndirilən şəxsin səhhəti, onun daimi yaşayış yerinin, ictimai nüfuzlu şəxs olması, o cümlədən, istintaqın gedişatına mane olmaması şəxsin ev dustaqlığına buraxılması üçün əsasdır".

meqale.com xəbər verir ki, bunu "Yeni Sabah"a hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxsin üzərinə müəyyən öhdəliklər də qoya bilər:

"Bu öhdəliklər yaşadığı ərazini müəyyən hüdudlar çərçivəsində tərk etməməsi, üzərinə bağlanan texniki vasitəyə qulluq göstərməsidir. Həmçinin ev dustaqlığı müddətində, istintaqın gedişinə hər hansısa vasitələrlə təsir , zərərçəkən şəxslərə, şahidlərə təsir göstərməməsi ev dustaqlığının tələblərindən biridir".

Ramil Süleymanov vurğulayıb ki, məhkəmənin qərarı ilə şəxsin bir sıra tədbirlərdə iştirakı qadağan oluna bilər:

"Eyni zamanda, məhkəmə əlavə öhdəliklər qoya bilər: Şəxs kütləvi tədbirlərdə, toylarda, yaslarda, mitinqlərdə, nümayişlərdə iştirak edə bilməz. Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan şəxsə istintaqın gedişinə mane ola biləcək ictimai təsir mexanizmlərdən - kütləvi informasiya vasitələrində çıxış, sosial şəbəkələrdə paylaşımlar qadağan edilə bilər".

Hüquqşünas qeyd edib ki, ev dustaqlığı zamanı şəxsin hərəkət edə biləcəyi hüdudları da məhkəmə müəyyən edir:

"Ev dustaqlığına buraxılan şəxsin hansı hüdudlarda evindən kənara çıxacağına məhkəmə qərar verir. Bununla bağlı qanunvericilikdə konkret qərar yoxdur. Məsələn, bu hüdudlar yaşadığı rayon ərazisi də ola bilər, Bakı şəhəri də, Abşeron yarımadası da ola bilər.

Təqsirləndirilən şəxsin üzərində olan qolbaq şəxsin hansı ərazi hüdudlarında hərəkət etməsini birbaşa göstərir.

Eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmış ərizə təqdim olunmaqla, yaşadığı şəhərdən də uzaqlaşa bilər. Müəyyən müddətdə o, yaşadığı şəhərdən gedib geri qayıda bilər.

Konkret hansı hallarda çıxa biləcəyi barədə zəruri tələb yoxdur, sadəcə əsaslandırılmış ərizə təqdim etmək ev dustaqlığına buraxılan şəxsin borcudur".

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-da həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Müğənni 2 nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.