Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - qonaqlardan üzr istədi - VİDEO
Müğənni Afət Fərmanqızı dəvət aldığı məclisə samalyotun gec gəlməsi səbəbilə gecikib.
meqale.com xəbər verir ki, ifaçı toya gödəkçəsini çıxartmadan daxil olub və oxumağa başlayıb. Buna səbəb isə müğənninin gecikdiyi üçün vaxt itirmək istəməməsi olub:
"Tomsk şəhərində toya dəvət almışdım. Həmyerlilərimizin məclisi idi. Məndən asılı olmayan səbəblərə görə təyyarə gecikdi və düşündüm ki, məclisə yarım saat gec çatacam.
Ev sahibiylə də telefonda danışdım, gördüm ki, çox həyəcanlıdır. Maşın restoranın qarşısına çatdı. Yuxarı qalxıb toy libasımı geyinməli idim, amma düşündüm ki, 20 dəqiqə də belə itirəcəm. Ona görə də gödəkçəm ilə girdim məclisə.
İnsanlar məni çox xoş qarşıladılar. Bir az keçəndən sonra yuxarı qalxıb libasımı geyindim və toy görünüşündə zala daxil oldum". ("Yeni Sabah")