Tramp Ağ Evdə iftar verdi - FOTO
ABŞ Prezidenti Donald Tramp müqəddəs Ramazan ayının başa çatması ərəfəsində Ağ Evdə ənənəvi iftar süfrəsi açıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tramp noyabr seçkisində göstərdikləri dəstəyə görə yüzminlərlə amerikalı müsəlmana təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.