Tramp: Qəzza ilə bağlı razılaşmaya yaxınıq
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı yeni sülh planı təklif edib.
meqale.com xəbər verir ki, planın əsas bəndlərinə girovların azad edilməsi, daimi atəşkəsin təmin olunması, İsrail ordusunun tədricən geri çəkilməsi və HƏMAS-sız bir idarəetmə modeli daxildir.
ABŞ Qəzzada ərəb və müsəlman ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini və infrastrukturun ərəb dövlətlərinin maliyyəsi ilə yenidən qurulmasını təklif edir.
Digər tərəfdən, ərəb ölkələri öz qırmızı xətlərini müəyyənləşdirib: ilhaq olmayacaq, yeni qəsəbələr salınmayacaq, Məscidül-Əqsaya toxunulmayacaq və humanitar yardım sürətlə artırılacaq.
Sentyabrın 29-da Tramp və Netanyahu planı müzakirə edəcək.