"Trampa heç vaxt sui-qəsd planlaşdırılmayıb"
Tehran heç vaxt ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa sui-qəsd etməyi planlaşdırmayıb.
meqale.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində açıqlama verib.
Prezidentin sözlərinə görə, bu mesajlar İsrail və digər ölkələrin iranofobiyanı təbliğ etmək üçün hazırladıqları növbəti sxemdir.