"Turan Tovuz" yenidən cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

meqale.com xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.

Qurum "Turan Tovuz" - "Zirə" oyununda yaşananlarla bağlı qərar verib. Meydan sahiblərinin azarkeşləri tərəfindən sahəyə kənar əşya atıldığına görə klub 800 manat cərimələnib.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi daha öncə də "Turan Tovuz" klubunu 20 000 manat dəyərində cərimələmişdi.