"Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim" - FOTO

"İfa edərkən oturmağın öz qaydası var".

"İfa edərkən oturmağın öz qaydası var".

meqale.com xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı xanəndə, qəzəlxan Ağakərim Nafiz deyib.

O bildirib ki, Xalq artisti Alim Qasımov da ifa edəndə düzgün oturmur:

"Çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O düz oturmur yerdə. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq.

Mən oxumağa başlayanda səfir kreslodan düşüb bizim kimi yerdə oturdu. Mən onlar üçün bir neçə əsər ifa etdim. Çıxanda da mənə dedilər ki, xarici pasportun var? Dedim, var idi, vaxtı yenilənməlidir. Xülasə, pasport iki-üç günə hazır oldu və mənim bununla da xaricə səfərlərim başladı. Amerikaya qədər gedib çıxmışam, amma həmişə qabağımı kəsiblər. Məni burada başa düşən az adam var. Çünki işlətdiyim sözlər bir qədər qəlizdir. Amma İranda məni lap belə hambal da başa düşür".