Türkan Vəlizadə: “Bütün orqanlarım yerindədir” – VİDEO
Müğənni Türkan Vəlizadə açıqlaması ilə gündəmə gəlib.
meqale.com bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "El canlı" verilişində bir çox həmkarlarından fərqli olaraq plastik əməliyyat etdirmədiyini bildirib. "Plastik əməliyyatlara normal baxıram. Bu tip əməliyyatlar xanımlarımız üçün yaxşıdır. Bəlkə də ola bilər ki, müəyyən səbəblərə görə bəylər də əməliyyat olunub. Mən üz baxımlarını sevmirəm. Bilirsiniz də mən şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, "Bəsdir də əməliyyat etdirdin". Onlara efir vasitəsi ilə demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə heç bir əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir", - deyə Türkan vurğulayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun