Türkiyə 21 terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli Müdafiə Nazirliyi "Sülh çeşməsi" bölgəsində 17 PKK/YPG terrorçusunun, İraqın şimalında yerləşən Qara və Pəncəli əməliyyat bölgələrində isə 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

meqale.com xəbər verir ki, nazirlik  "İcazə vermədik, icazə verməyəcəyik" ifadəsi ilə əməliyyatların davam etdiyini vurğulayıb.

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar istənilən hava və ərazi şəraitində fasiləsiz şəkildə davam edir.

21 terrorçunun zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatların məqsədi terrorizmə qarşı mübarizəni gücləndirməkdir.

Fidan Milil.Az