Türkiyə Bolqarıstanı məğlub edib pley-off-a yüksəldi
Türkiyə millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanı 2-0 hesabı ilə məğlub edib.
meqale.com xəbər verir ki, bu nəticə ilə "ay-ulduzlular" qrupda ilk iki yerdən birini təmin edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.
Türkiyənin qollarını Hakan Çalhanoğlu (penalti) və bolqar oyunçu Atanas Çernev (avtoqol) vurub.
16-cı dəqiqədə Türkiyəyə penalti təyin edilib. Hakan Çalhanoğlu topu dəqiq yerinə yetirərək millini önə çıxarıb. 83-cü dəqiqədə ikinci qol vurulub: Hakanın zərbəsi nəticəsində top Bolqarıstan müdafiəçisi Atanas Çernev tərəfindən öz qapısına göndərilib.
Bu nəticə ilə Türkiyə millisi xallarını 12-yə çatdıraraq qrupda ilk iki yerdən birini təmin edib. Bolqarıstanın isə 0 xalı var.