Türkiyə hökumətində dəyişikliklər gözlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər. meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.
Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər. Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.