Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Hakurk, Qara və "Pəncə-Kilid" əməliyyat bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Həmçinin, Suriyanın şimalındakı "Zeytun budağı" və "Sülh çeşməsi" bölgələrində PKK/YPG terror təşkilatının 7 üzvü zərərsizləşdirilib.