Türkiyə ordusu Suriyaya daxil olub, dərinliklərinə doğru irəliləyir - FOTO
Suriya mənbələri Türkiyə ordusunun Suriya ərazisində mövcudluğunun yeni mərhələsinin başladığını bildirir.
meqale.com xəbər verir ki, türk ordusunun kolonları silahlı qrupların müşayiəti ilə 20 kilometr dərinliyə doğru irəliləyərək Latakiyanın şimalındakı əraziyə daxil olub.
Yerli müşahidəçilər konvoyların Türkiyə bayraqları altında hərəkət etdiyini, onların iştirakçılarının vətənpərvərlik hisslərini ifadə etdiyini qeyd edirlər.