Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama
Türkiyə müdafiə naziri Yaşar Gülər Ankaranın Rusiyadan alınan S-400 zenit-raket komplekslərini digər ölkəyə, xüsusən də Ukraynaya ötürməyi planlaşdırdığı ilə bağlı iddiaları təkzib edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir "CNN Türk"ə açıqlamasında deyib.
"S-400-lərin heç bir ölkəyə təhvil verilməsindən söhbət gedə bilməz", - deyə nazir bildirib.