Türkiyə yalnız bu halda ordusunu bu ölkədən çıxaracaq
Türkiyə Suriyadan qoşunların çıxarılması məsələsini yalnız yeni konstitusiyanın qəbulundan, seçkilərin keçirilməsindən və sərhəd təhlükəsizliyi təmin edildikdən sonra müzakirə edə bilər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Röyters"ə müsahibəsində deyib.
O bildirib ki, Suriya ilə razılaşdırılacaq ərazidə nazirlərin də iştirak edəcəyi nümayəndə heyətlərinin görüşü baş tuta bilər.