Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var
Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda ağır yol qəzası olub.
Bu barədə meqale.com report.az-a istinadən xəbər verir.
Məlumata görə, gecə saatlarında minik avtomobili ilə xidməti mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər, minik avtomobilinin isə 3 sərnişini olmaqla 11 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili yardım cəlb edilib.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb.
Araşdırma aparılır.