Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb
Türkiyədə Şimali Mərmərə magistral yolunun Çekmeköy ərazisində avtobusun eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılması 19 nəfərin yaralanması ilə nəticələnib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə IHA yazıb.
"TRT Haber"ə görə, avtobus ölkənin Sivsa şəhərindən İstanbula doğru hərəkət edirdi.
Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.