Türkiyədə avtobusla yük maşını toqquşdu - ölən və yaralananlar var
Bu gün səhər saatlarında Türkiyənin Sivas şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə şəhərin Yozqat rayonunda qeydə alınıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, çoxlu sayda adam xəsarət alıb.