Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü
Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

meqale.com xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında Yunusemre rayonundakı evində baş verib. Elektrik cərəyanının vurması nəticəsində ağır yaralanan Zeyrek reanimasiyaya yerləşdirilib.

Səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında bu sözləri paylaşıb: "Qəza səbəbilə xəstəxanaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi. Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə başsağlığı veririk" .