Türkiyədə CHP-yə yeni sədr seçildi

Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.

Türkiyədə CHP-yə yeni sədr seçildi
Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.

meqale.com APA-ya istinadən bildirir ki, o, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib.

Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.

Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə Qurultay nümayəndələrimin 664 səsini toplaya biliblər.

Xatırladaq ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib.