Türkiyədə daha bir partiyanın sədri istefa verir

Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.

Türkiyədə daha bir partiyanın sədri istefa verir
Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə 82 yaşlı siyasətçi TV5-in efirində bildirib.

Karamollaoğlu telekanala açıqlamasında, partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib:

"Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam".

O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib: "Artıq sağlamlığım bu vəzifəni yerinə yetirməyə icazə vermir. Seçki dövründə mən sadəcə dörd yerə gedə bildim. Bu, bir sədr üçün ciddi əskiklikdir".

Xatırladaq ki, daha öncə Kamal Kılıçdaroğlu CHP-dəki kreslosundan olub, İYİ Partiyada isə Meral Akşener dövrünə son verilib.