Türkiyədə dəhşətli qəza - 4 nəfər öldü
Türkiyədə avtomobil avtobus dayanacağına çırpılıb, ölənlər var.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Konya şəhərində baş verib.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı avtobus dayanacağına çırpılıb. Qəza zamanı dayanacaqda olanlardan 4 nəfəri ölüb, 5 nəfər isə xəsarət alıb.