Türkiyədən sərt reaksiya - Səudiyyə konsulluğun yerləşdiyi küçənin adı dəyişdirildi - FOTO
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasında Superkubok finalı ləğv edilib.
meqale.com xəbər verir ki, bu qərar futbolçuların geyimi ilə əlaqəlidir. Matçın təşkilatçısı "Riyadh Season"dan verilən açıqlamaya görə görüş hər iki klub futbolçularının Atatürk yazılı köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.
Məsələ ilə bağlı qalmaqal böyüyüb. Belə ki, Beşiktaş bələdiyyəsi Səudiyyə Ərəbistanı konsulluğunun yerləşdiyi küçənin adını dəyişdirib. Əvvəllər adı Akasyalı olan küçənin adı Fəxrəddin Paşa ilə əvəzlənib. Bundan əlavə, küçəyə Türkiyə bayraqları asılıb, Atatürkün şəkilləri olan lövhələr vurulub.