Türkiyəli mütəxəssis Almaniya klubunda çalışacaq

Türkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.

Türkiyəli mütəxəssis Almaniya klubunda çalışacaq
Türkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.

meqale.com report-a istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Köməkçi məşqçi Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubundan ayrılıb.

Qeyd edək ki, Nuri Şahin futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illərdə "Borussiya"nın formasını geyinib.