Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı artıb

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq, 29,4 milyon dollara çatıb.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyul ayında Türkiyə Qırğızıstana 4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 5,5 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.

"Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur," - deyə nazirlikdən bildirilib.