Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ: Bu olmadan ölkəyə buraxılmayacaqsınız

Türkiyə hökuməti ölkəyə gələn əcnəbilərdən barmaq izi götürməyi planlaşdırır.

Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ: Bu olmadan ölkəyə buraxılmayacaqsınız
Türkiyə hökuməti ölkəyə gələn əcnəbilərdən barmaq izi götürməyi planlaşdırır.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "Sabah" qəzetinə açıqlamasında bildirib.

"Türkiyəyə girişdə, ABŞ və İngiltərədə olduğu kimi, barmaq izi götürüləcək", - o deyib.

Nazir layihənin icrasına nə vaxt başlanacağını deməyib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan da 3,1 milyonu Suriya vətəndaşıdır.