UEFA Avropa Liqasında pley-off mərhələsinə start verildi – NƏTİCƏLƏR
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
meqale.com xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilib. Bütün qarşılaşmalar eyni gündə baş tutub.
Xatırladaq ki, "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniya təmsilçisi "Şkendiya" bu dəfə Bolqarıstanın "Ludoqorets" klubuna qalib gəlib.
UEFA Avropa Liqası, pley-off mərhələsi, ilk oyunların nəticələri:
21 avqust
"Midtyülland" (Danimarka) - "KuPS" (Finlandiya) 4:0 "Brann" (Norveç) - AEK (Kipr) 2:1 "Malmö" (İsveç) - "Siqma" (Çexiya) 3:0 "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) 3:1 "Panatinaikos" (Yunanıstan) - "Samsunspor" (Türkiyə) 2:1 "Şkendiya" (Şimali Makedoniya) - "Ludoqorets" (Bolqarıstan) 2:1 "Jrinski" (Bosniya) - "Utrext" (Niderland) 0:2 "Slovan" (Slovakiya) - "Yanq Boyz" (İsveçrə) 0:1 "Lex" (Polşa) - "Genk" (Belçika) 1:5 "Aberdin" (Şotlandiya) - FKSB (Rumıniya) 2:2 "Riyeka" (Xorvatiya) - PAOK (Yunanıstan) 1:0 "Linkoln" (Cəbəllütariq) - "Braqa" (Portuqaliya) 0:4
Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 28-də keçiriləcək.