UEFA Azərbaycan çempionatı ilə bağlı "QUMAR" araşdırmasına başladı

AFFA I Liqa ilə əlaqəli araşdırmaya start verib.

UEFA Azərbaycan çempionatı ilə bağlı
AFFA I Liqa ilə əlaqəli araşdırmaya start verib.

Gündəmdəki mövzu eynidir - alver.

meqale.com sportinfo.az-a istinadən xəbər verir ki, UEFA Azərbaycanda danışılmış oyunların təşkilindən şübhələnir. Avropa futbol qurumundan bununla bağlı AFFA-ya bir neçə serkulyar məktub daxil olub.

Burada I Liqanın geridə qalan 10 turu çərçivəsində keçirlmiş 3-4 qarşılaşmadan danışılır.

UEFA serkulyar məktublarda göstərib ki, həmin matçlara külli miqdarda pul qoyuluşu edilib, özü də dünyanın müxtəlif yerlərindən.

Sözügedən təşkilat AFFA-ya göndərdiyi gizli namədə oyunları "qumar"a qoyulmuş komandalar ətrafında araşdırma aparmağı tapşırıb, üstəlik, özünün də bu işi nəzarətdə saxlayacağını bildirib.