UEFA Azərbaycan klublarına 648 min avro ödəyib
Azərbaycan klubları UEFA-dan növbəti maliyyə vəsaiti alıblar.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bu vəsait milli komandalarının heyətlərində Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının oyunlarında çıxış etmiş futbolçulara görə ödənilib. UEFA tərəfindən Azərbaycan klublarına ayrılmış 647 min 643 avro AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb:
Ən böyük ödəniş "Qarabağ"ın payına düşüb. "Kəpəz"lə "Şamaxı" isə ən az vəsait alan klublarıdr.