Ukrayna Rusiyaya məxsus iki təyyarəni müsadirə edir

Ukrayna Rusiyaya məxsus iki şərnişin təyyarəsini müsadirə etməyi planlaşdırır.

Ukrayna Rusiyaya məxsus iki təyyarəni müsadirə edir
Ukrayna Rusiyaya məxsus iki şərnişin təyyarəsini müsadirə etməyi planlaşdırır.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Ədliyyə Nazirliyi Ali Antikorrupsiya Məhkəməsində iddia qaldırıb.

Nazirlik "İlyuşin Finans Ko" lizinq şirkəti ASC-yə məxsus An-148-100E sərnişin təyyarələrini dövlətin hesabına keçirməyi hədəfləyir.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Ukrayna Nazirlər Kabineti Vladimir Zelenskinin Rusiya əmlakının və Ukrayna ərazisindəki aktivlərinin müsadirə edilməsi haqqında fərmanını təsdiqləyib.