Ukraynada hərbi vəziyyət bu tarixədək uzadılacaq

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Ukraynada hərbi vəziyyət bu tarixədək uzadılacaq
Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq:

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək".

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.