Ukraynada nazir müavini saxlanıldı
Ukraynanın energetika nazirinin müavini Aleksandr Heylo 500 min dollar rüşvət alması ittihamı ilə tutulub.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırması nəticəsində o, bir sıra dövlət müəssisələrinin rəhbərlərinə Lvovsk-Volınsk kömür mədənindən qeyri-qanuni istifadə imkanının yaradılacağı və bunun üçün zəruri avadanlıqların veriləcəyini vəd edərək, onlardan külli-miqdarda rüşvət alıb.
Qeyd edilir ki, məlumatı nazirlik təsdiqləyib.