Ukraynada qatarda qumbara partladıldı - Xeyli ölən var - FOTO

Ukraynanın Jitomir vilayətində naməlum şəxs qatarda qumbara partladıb.

Ukraynada qatarda qumbara partladıldı - Xeyli ölən var - FOTO
Ukraynanın Jitomir vilayətində naməlum şəxs qatarda qumbara partladıb.

meqale.com "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, həmin şəxs sənədlərin yoxlanılması zamanı qumbaranı işə salıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.