Ukraynalı hücumçu İtaliya nəhənglərinin "radarına düşdü"
"Sassuolo" klubunun gənclər komandasında çıxış edən 18 yaşlı ukraynalı hücumçu Yaroslav Raylian İtaliya nəhənglərindən birinə keçməyə yaxındır.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Legioners" yayıb.
Mənbənin məlumatına görə, perspektivli futbolçunun xidmətində "Latsio", "Roma" və "Milan" klubları maraqlıdır.
Raylian "Sassuolo"nun gənclər komandasının heyətində 15 matçda iştirak edib. Ukraynalı futbolçu bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun