Ukraynanın enerji sektoruna bu qədər ziyan dəyib
Rusiyanın enerji sektoruna kütləvi zərbələrinin son dalğası Ukraynaya 1 milyard dollardan çox ziyan vurub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.
"Hücumlar davam edir və zərərin artacağı açıqdır. Rusiya əsas hücumları istilik və hidroelektrik istehsal obyektlərinə, eləcə də elektrik enerjisinin ötürülməsi sistemlərinə edib", - Qaluşenko bildirib.