Ukraynaya silah göndərmək istəmirik - Fitso
Slovakiya Ukraynaya silah göndərmək niyyətində deyil.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso ukraynalı həmkarı Denis Şmıqalla Ujqorodda görüşündə deyib.
"Əlbəttə ki, biz Ukraynaya silah göndərmək istəmirik və diqqətimizi humanitar yardım və mülki yardım göstərməyə yönəltmək istəyirik", - deyə Fitso bildirib.